Kəlbəcərdə göldə boğulan kapitan dəfn edildi - Fotolar

XƏBƏR
12:12
19 İyun 2021
1176

Kəlbəcərdə göldə boğularaq vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu torpağa tapşırılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü İlham Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xəbər lenti