Göygöldə silahlı şəxs saxlanıldı - Foto

XƏBƏR
09:21
19 İyun 2021
504

Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, istifadəyə yararlı ov tüfəngi aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti