Nazirdən azad edilmiş ərazilərdə invertarlaşdırma ilə bağlı - Açıqlama
İşğaldan azad edilmiş ərazilərdə 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Sabah.az xəbər verir ki, bu barədə öz tvitter hesabında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
O bildirib ki, bunlardan 10 min 483-ü daşınmaz əmlak və 2 min 824-ü infrastruktur obyektidir.
“1 min 525 km avtomobil yolunun, 292 km elektrik təchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən, 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb”, - nazir qeyd edib.
Daha çox