Dezinfeksiya olunmayan müəssisələr cəzalandırılacaq? - Video

GÜNDƏM
01:11
10 Mart 2020
133

Koronavirusa görə ölkə ərazisində insanların sıx olduğu müəssisələrin hər biri dezinfeksiya edilməlidir. Ancaq bunun hansı şəkildə icra ediləcəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi dezinfeksiya etməyənlərin cəzalandırılacağını, bəziləri isə bunun könüllü olduğunu bildirir.

Sabah.az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Xəzər Xəbər”ə deyib ki, ümumiyyətlə, ilin əvvəlindən bütün müəssisələrlə müqavilələr bağlanır və il ərzində dezinfeksiya işləri aparılır.

Z.Kazomovun sözlərinə görə, obyektlərini dezinfeksiya etməyən sahibkarlarla bağlı hər hansı bir cərimə, cəza tədbirləri yoxdur, amma bu prosesin aparılması birbaşa insan sağlamlığı üçün vacibdir. Şöbə müdiri həmçinin bildirib ki, obyektlərin dezinfeksiya müddəti virusa və dərmana görə dəyişir.

Koronovirus üçün istifadə edilən dezinfeksiya maddəsi "Xloramin" adlanır və bundan 10 litr su üçün 40 milliqram məhlul tökülməsi kifayət edir.

Xəbər lenti