Qadını videolarını yayacağı ilə hədələyib pul tələb etdi
Bakıda qadını şantaj edən şəxs tutulub.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Daha çox