Əhməd Əhmədova 11 illik həbs verildi, Məmməd Qəribov isə azadlığa buraxıldı

GÜNDƏM
12:25
18 İyun 2021
1559

Naxçıvan Muxtar Respublikasının həbs edilən sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub.

Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazirə mənimsəmədə ittiham olunan Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

***

APA-nın məlumatına görə Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M.Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Xəbər lenti