Şoyqu Arutyunyanla sərhəddəki vəziyyəti müzakirə etdi

XƏBƏR
12:23
17 İyun 2021
349

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.

Xəbər lenti