Ərdoğandan Azərbaycana səfəri ilə bağlı paylaşım - Video

GÜNDƏM
11:51
17 İyun 2021
716

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Sabah.az xəbər verir ki, Ərdoğan paylaşımında bildirib ki, Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı başa düşüləcək.

“Çünki bu, dağıntının yox quruculuğun, zülmün yox ədalətin, kobudluğun yox zərifliyin, müharibənin yox sülhün, qanın yox qəlbin zəfəridir”, - deyə Türkiyə lideri qeyd edib.

Xəbər lenti