Azərbaycan nefti 77 dollara yaxınlaşır

İQTİSADİYYAT
10:58
17 İyun 2021
449

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Sabah.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.34dollar artaraq 76,52 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2020-ci ilin aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti