60 yaşlı kişi Araz çayında batdı

XƏBƏR
09:22
17 İyun 2021
475

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.

Sabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti