Vətən müharibəsi qazisi komadan ayılmadı

XƏBƏR
15:30
16 İyun 2021
665

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Z.Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.

Xatırladaq ki, Z.Şahhüseynlinin atası Füzuli Şahhüseynli oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.

Xəbər lenti