Bulvarda 67 yaşlı kişi intihar etdi

XƏBƏR
09:52
16 İyun 2021
450

Bakı bulvarında intihar hadisəsi olub.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1954-cü il təvəllüdlü İsmayılov Elbrus İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti