"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi məlum oldu

İDMAN
14:28
15 İyun 2021
799

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Sabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki təşkil olunan tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olub.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" bu mərhələdə "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək. Təmsilçimiz ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 6-7-də, cavab görüşləri 13-14-də oynanılacaq.

Xəbər lenti