Mehriban Əliyevadan bayram təbriki - Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə özünün İnstaqram səhifəsində paylaşım edib.
Sabah.az xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!".
Daha çox