Rəşad Nəbiyevə yeni müavin təyin olundu
Rövşən Rüstəmov Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.
Sabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, bu vəzifədə çalışan Elmir Vəlizadəni əvəz edib. Belə ki, Prezidentin digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar vəzifəsindən azad edilib.
Qeyd edək ki, R.Rüstəmov bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.
Daha çox