Koronavirusla əlaqəli tibbi tullantıların miqdarı açıqlandı

XƏBƏR
17:21
14 İyun 2021
613

“Respublika ərazisində 7 milyon kiloqram tibbi tullantı formalaşıb”.

Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov nazirliyin feysbuk səhifəsində yayımlanan  “Ekspert saatı” verilişində bildirib.

O qeyd edib ki, tullantılar 4 kateqoriyaya – “A”, “B”, “C” və “D” kateqoriyalarına bölünür:

“A” kateqoriyasına ancaq məişət tullantıları daxildir. “B” və “C” kateqoriyasına daxil olan tullantılar isə təhlükəli və xüsusi təhlükəli tullantılardır. Utilizasiya olunana qədər bunlara nəzarət olunmalıdır. Tullantıların 2 milyona yaxını təhlükəli və ciddi təhlükəli “B” v “C” növünə aid olub. Bunun içərisində “COVID-19”la əlaqəli tullantılar da var. Bunların miqdarı isə 26 min kubmetr təşkil edib və bütün bu tullantılar da zərərsizləşdirilib”.

R. Bağırovun sözlərinə görə, 2020-ci ilin mart ayının sonundan etibarən COVID-19-la bağlı tibbi tullantıların idarə olnmasına başlanılıb.

O qeyd edib ki, ETSN rətərfindən bu məsələ nəzarətə götürülüb ki, yoluxmaların sayı bu səbəbdən artmasın: “Respublika ərazisində 140-a yaxın koronavirusa yoluxan xəstələrin istifadəsindən çıxan tibbi tullantılar xüsusi maşınlarda daşınaraq zərərsizləşdirilib. Bu zaman əmələ gələn təhlükəli kül ETSN-nin təhlükəli tullantılar poliqonunda xüsusi hücrədə zərərsizləşdirilərək basdırılıb. Hələ də məişət tullantıları ilə tibbi tullantıların qarışdırılması hallarına rast gəlinir. Belə hallar baş verdiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr müəyyənləşdirilir”.

Xəbər lenti