30 yaşlı şəxs intihar etdi

XƏBƏR
12:49
14 İyun 2021
528

Cəlilabad rayonunda intihar hadisəsi olub.

Sabah.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti