İki ay öncə itkin düşüb

ÖLKƏ
10:56
14 İyun 2021
557

Yevlax rayonunda iki ay öncə itkin düşən şəxs axtarılır.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprelin 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.

R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti