Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdudiyyət qoydu

XƏBƏR
17:12
12 İyun 2021
837

Koronavirus pandemiyası və yeni mutasiyaların meydana gəlməsi fonunda Səudiyyə Ərəbistanı bu il Məkkəyə gələcək zəvvarların sayının 60 min nəfərlə məhdudlaşdırılmasına qərar verib. Kəbə evini yalnız krallığın peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcək.

Sabah.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə İşləri Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Həcc ziyarətinə 18-65 yaş arası, krallığın tələblərinə uyğun olaraq koronavirusa qarşı peyvənd olunmuş zəvvarlar (vaksinin ilk dozasını ziyarətdən əvvəl - 14 gündən gec olmayaraq vurduranlar, eləcə də COVID-19-dan sağaldıqdan sonra peyvənd olunanlar) buraxılacaqlar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son statistikaya görə, 463 min 703 nəfər koronavirusa yoluxub, 7 537 nəfər isə vəfat edib.

Xəbər lenti