Maşında 2 nəfəri bıçaqladı, biri öldü

HADİSƏ
12:52
12 İyun 2021
875

İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabah.az xəbər verir ki, Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq səhəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xəbər lenti