Azərbaycanda ilk dəfə

İDMAN
09:34
12 İyun 2021
928

Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçiriləcək.

Sabah.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionda oynanılacaq görüş 17:00-da başlayacaq.

Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.

12 iyun

A qrupu

17:00. Uels - İsveçrə
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu