Ərdoğan NATO sammitində Qarabağda minalanmış ərazilərdən danışacaq

XƏBƏR
16:38
11 İyun 2021
656

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində edəcəyi ikitərəfli görüşlərdə Qarabağda minalanmış ərazilərlə bağlı məsələni gündəmə gətirəcək.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə başçısı Burhaniye Şehriban Hatun məscidinin açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ərdoğan bu problemin həllinin tapılması üçün Türkiyənin müvafiq dəstək verəcəyini vurğulayıb.

Qeyd edək ki, NATO sammiti iyunun 14-də Brüsseldə keçiriləcək.

Xəbər lenti