“Şuşada müqavilə imzalayacağıq” - Ərdoğan

XƏBƏR
16:17
11 İyun 2021
959

“ABŞ səfərindən sonra Azərbaycana, Füzuliyə gedəcəyik. Oradan da qardaşım İlham Əliyevlə Şuşada görüşəcəyik”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscid açılışında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“İki ölkə olaraq müqavilə imzalayacağıq. Bu, hərtərəfli müqavilə olacaq. Milli oyunu birlikdə izləyəcəyik”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO- 2020” çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. Matç iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti