Yavər Camalovun oğlunun namizədliyi ləğv olundu
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv edilib.
Sabah.az xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.
İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.
Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.
Qeyd edək ki, Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.
Daha çox