“Orduya dəstək” yürüşündə saxlanılanların azadlıqdan məhrum edilməsi istənilməyib
Ötən ilin iyulun 14-də “Orduya dəstək” yürüşündə ictimai asayişi pozduğu üçün saxlanılanların həbs edilməsi istənilməyib.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda AXCP üzvlərinin 3 il 6 aydan 4 il 6 ayadək müddətə azadlıqdan məhrum edilməsinin istənildiyi bildirilib.
Daha çox