“Azərbaycanda pensiya yaşı azaldılmalıdır”
“Azərbaycanda əhalinin 7%-i 65 yaşdan yuxarıdır. Deməli, 7% əhali pensiya ala bilir”.
Sabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, deməli Azərbaycanda orta yaş aşağıdır: “Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini mütərəqqi adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni 31%-lə 60% eyni pensiya alacaq?! Burada 100% sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir? İkincisi, nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsaslanması təqdim etməliydi”.
Daha çox