Nigeriya çempionatında faciə - Foto

İDMAN
18:27
9 Mart 2020
133

Nigeriya çempionatının son turunda keçirilən  “Nasarava” - “Katsina Yunayted" matçında faciə baş verib.

Sabah.az xəbər verir ki, oyun zamanı meydan sahiblərinin futbolçusu Çieme Martins rəqiblə toqquşaraq yerə yıxılıb.

Onu əvəz edərək xəstəxanaya çatdırmağa çalışıblar. Ancaq stadionda olan təcili tibbi yardım maşını işə düşməyib. Futbolçunu arenada olan media əməkdaşının avtomobili ilə xəstəxanaya aparıblar. Ancaq oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

“Nasarava” klubunun üzvləri komanda yoldaşlarının ölüm xəbəri ilə bağlı hakimin final fitindən dərhal sonra məlumatlandırılıblar. Faciədən xəbər tutan futbolçular meydanda ağlamağa başlayıblar.

Xəbər lenti