“Aleksandr İşein səmimi, genişürəkli insan idi”

XƏBƏR
10:49
11 İyun 2021
561

Birinci vitse-prezident Mehriban Əliyeva vəfat edən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu haqda paylaşım edib.

Sabah.az xəbər verir ki, bu barədə instaqram hesabında yazan M.Əliyeva bildirib ki, Aleksandr İşein səmimi, mehriban, genişürəkli insan idi:

“Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

Qeyd edək ki, TASS-ın məlumatına görə, Aleksandr İşein ötən gün koronavirusdan dünyasını dəyişib.

Xəbər lenti