Lökbatanda yol qəzası tıxaca səbəb olub - Foto

XƏBƏR
09:16
11 İyun 2021
473

Bakıda yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev feysbukda bildirib.

Onun sözlərinə görə, kənar Dairəvi Yolda Lökbatan dairəsi istiqamətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.

Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

Xəbər lenti