Seroloji analizlə COVID-19 pasportu almaq mümkün deyil

XƏBƏR
15:47
10 İyun 2021
488

“COVID-19” pasportu dünyada ən aktual məsələ və problemdir”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 sertifikatı" mövzusunda çıxışında deyib.

O bildirib ki, İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil: “Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil”.

N.Daşdəmirovanın sözlərinə görə, immun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir, bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər.

Xəbər lenti