İranda son sutka ərzində 43 nәfәr koronavirusdan ölüb

ÖLKƏ
17:23
9 Mart 2020
73

İranda indiyədək yeni növ koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində 43 nəfər dünyasını dəyişib, 595 nәfәrin isə virusa yoluxması tәsdiqini tapıb.

Qeyd edək ki, İranda yeni növ koronavirusa yoluxanların sayı 7 161 nəfərə çatıb. 2 394 nәfәrin isə virusdan sağaldığı qeydə alınıb.

Xəbər lenti