Azərbaycana daha 40 min doza “Sputnik V” gətirilib

XƏBƏR
13:35
10 İyun 2021
499

Azərbaycana koronavirus əleyhinə daha 40 min doza Rusiya istehsalı olan “Sputnik V" vaksini gətirilib.

Sabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, ölkə ərazisində COVID-19 əleyhinə vaksinasiyaya bu il yanvar ayının 18-dən etibarən başlanılıb. “Sputnik V” vaksininin tətbiqi isə mayın 18-dən həyata keçirilir. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş “Sputnik V” ilə peyvənd oluna bilər.

İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Xəbər lenti