Filippin prezidentinə toxunmaq qadağan edildi
Flippin Respublikasının prezidenti Rodriqo Duterteyə yeni növ koronavirus (Covid-19) səbəbiylə toxunmaq qadağan edilib.
Sabah.az xəbər verir ki, bunu Filippinin Prezident Təhlükəsizlik Qrupunun komandiri polkovnik İsa Durante yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə 74 yaşlı Duterte və ailəsini yeni növ koronavirusdan qorumaq üçün ciddi profilaktik tədbirlər görüləcək. Bu səbəbdən də prezidentə toxunmaq qadağan edilib. Həmçinin prezidentə yaxınlaşan hər bir şəxs ciddi şəkildə yoxlanacaq və koronovirus testindən keçəcək.
Qeyd edək ki, Filippində indiyədək 10 nəfərdə yeni növ koronavirusa aşkarlanıb, 1 nəfər isə virus səbəbindən ölüb.
Daha çox