Erməni şərhçinin icazəsi Bakıdakı oyunlara aid deyil - Yenilənib

İDMAN
13:41
10 İyun 2021
978

Rusiyanın "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyanın Avro-2020-nin oyunları üçün akkreditasiya alıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb:

“İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün akkreditə olunmuşdur. Əla. Təşəkkür edirəm, UEFA. Çalışmağa davam edirik".

Xatırladaq ki, Arustamyan işğal olunduğu vaxt Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. O, 2020-ci il oktyabrın 5-də Arustamyan Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. O, Qarabağın “ermənilərə məxsus olduğunu” iddia etməklə yanaşı, tarixi saxtakarlıqla məşğul olub. Bu səbəbdən o, turnir üçün akkreditasiya ala bilməmişdi.

Qeyd edək ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

***

"Ria Novosti" agentliyinin yaydığı məlumata görə, Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. Diplomatik mənbələrdən bildirilib ki, o, Bakıya gələ bilməyəcək.

Xəbər lenti