Ərdoğan Şuşaya səfər edəcək

GÜNDƏM
14:16
9 İyun 2021
739

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Şuşaya səfər edəcək.

Sabah.az xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

Prezident İlham Əliyevlə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, iyunun 16-da Ərdoğan Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə-Uels matçını izləyəcək.

Xəbər lenti