Ərdoğan Əliyevlə Türkiyənin oyununu izləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək.
Sabah.az xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.
"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə - Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Daha çox