Koronavirusdan qorunmaq istəyən 27 iranlı spirtdən zəhərlənib öldü
Sabah.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, hadisə İranın Əhvaz və Kərəc şəhərlərində qeydə alınıb.
Əhvaz şəhərində saxta etil spirtindən istifadə etdikdən sonra 20 nəfər zəhərlənərək həyatını itirib. 218 nəfərin isə xəstəxanada müalicə aldığı, bəzilərinin vəziyyətlərinin ağır olduğu bildirilib.
Tehranın Kərəc şəhərində isə 7 nəfər saxta spirtdən ölüb.
Hər iki şəhərdə bəzi şəxslərin istifadə etdikləri saxta spirt səbəbi ilə görmə qabiliyyətlərini itirdikləri bildirilib.
Qeyd edək ki, İranda yeni növ koronavirus diaqnozuyla ölənlərin sayı 237-ə, yoluxma faktı qeydə alınanların sayı isə 7 161 nəfərə çatıb.
Daha çox