"Statusdan danışmaq tezdir"

XƏBƏR
12:42
9 İyun 2021
486

“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

O, vurğulayıb ki, hazırkı mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur: “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.

Lavrov çıxışında Rusiya-Türkiyə monitorinq mərkəzinin Dağlıq Qarabağdakı atəşkəslə bağlı fəaliyyətinin çox faydalı və sabitləşdirici bir amil olduğuna da diqqət çəkib.

Xəbər lenti