Bakıda qadın plastik əməliyyatdan sonra öldü

HADİSƏ
17:56
8 İyun 2021
913

Baş Prokurorluq “Azər-Türk Med” klinikasında pasiyentin əməliyyatdan sonra ölməsi faktı ilə bağlı cinayət işi başlayıb.

Sabah.az xəbər verir ki, mətbuat xidmətindən bildirilib ki, Arzu Süleymanovanın mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti