SOCAR-ın Gürcüstandakı “zapravka”sına silahlı hücum - Video
SOCAR-ın Gürcüstandakı “zapravka”sına basqın edən şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat paylaşıb.
O bildirib ki, Gürcüstanın Ozurgeti şəhəridə SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum edən şəxs kassa aparatını aça bilməyib: “Yalnız 100 lari götürməyə nail olub. Şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.
Daha çox