Qızını döyüb vatsapda anasına göstərən ata haqda araşdırma başladı

HADİSƏ
16:31
8 İyun 2021
911

Baş Prokurorluq 9 yaşlı qıza atası tərəfindən işgəncə verilməsi ilə bağlı araşdırmaya başlayıb.

Sabah.az xəbər verir ki, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı M.Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Xəbər lenti