Deputat Nigar Köçərlini qınadı

GÜNDƏM
12:11
8 İyun 2021
859

“Ali və Nino” şəbəkəsi iki gənci cəmiyyətə oğru kimi tanıtmaq istəyib”.

Sabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

Hüquqşünas olduğunu xatırladan deputat bildirib ki, oğurluğun həcmi 100 manat məbləğində deyilsə, bu hal oğurluq kimi qeydə alınmır: “Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə həmin mağazanın sahibi Nigar Köçərli özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oğurlayanlar da oğru olmur”.

Xatırladaq ki, ötən gün DİN paytaxtın Səbail rayonunda yerləşən kitab mağazasından 2 ədəd kitab oğurlamaqda ittiham edilən gənclərin görüntülərini yaymışdı. Sosial şəbəkə istifadəçiləri tərəfindən kiçik qiymətləndirilən bu oğurluğa görə “Ali və Nino”nun rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciət etməsi, eyni zamanda DİN-in həmin şəxslərin görüntülərini yayması ictimai etirazlara səbəb olmuşdu.

Qeyd edək ki, sözügedən 2 şəxs məhkəmə tərəfindən bəraət alaraq azadlığa çıxıb.

Xəbər lenti