Rusiyaya dünya çempionatında qadağa qoyulub?

İDMAN
16:27
5 Fevral 2020
65

Ümumdünya Antidopinq Agentliyi (WADA) futbol üzrə Rusiya milli komandasının Qətərdə keçiriləcək DÇ-2022-də iştirakına qadağa qoyulub.

Sabah.az xəbər verir ki, bu haqda “beIN Sports” telekalının ərəb bölməsi xəbər yayıb. Bununla əlaqədar artıq Rusiya tərəfinin məlumatlandırıldığı da iddia olunub.

Belə bir qərarın verilməsinə Moskvadakı antidopinq laboratoriyasında dopinq testlərin manipulyasiyası səbəb olub.

Hələlik bu xəbərə FİFA münasibət bildirməyib. Rusiya Futbol İttifaqı isə onlara WADA-dan hər hansı bildiriş almadıqlarını qeyd ediblər.

Xəbər lenti