Bakıda evdə kişi meyiti tapıldı

HADİSƏ
14:40
9 Mart 2020
47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Gəncəliyev Qəyyub Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti