Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

ÖLKƏ
11:37
7 İyun 2021
1225

Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sabah.az xəbər verir ki, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.

Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.

Xəbər lenti