AFFA koronavirusa görə oyunların təxirə salınması müddətini uzatdı

İDMAN
14:24
9 Mart 2020
51

AFFA-nın təşkilatçılığı ilə keçirilən çempionatların təxirə salınması müddəti uzadılıb.

Sabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunları martın 27-dək təxirə salınıb.

Qeyd edək ki, AFFA daha əvvəl oyunların martın 10-dək təxirə salındığını açıqlamışdı.

Xəbər lenti