86 yaşlı kişi kanalda boğuldu

XƏBƏR
09:58
7 İyun 2021
491

Biləsuvar rayonunda boğulma hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, rayonun Nərimankənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu kənd ərazisindən axan Mil-Muğan kanalına düşərək boğulub.

İlkin məlumata görə, sözügedən şəxs intihar məqsədilə özünü kanala atıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Xəbər lenti