SOCAR-ın prezidenti “Rosneft”in baş icraçı direktoru ilə görüşüb

İQTİSADİYYAT
18:54
5 İyun 2021
717

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.

Sabah.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.

Xəbər lenti