Şəhid Eldəniz Verdiyev dəfn olundu - Fotolar

XƏBƏR
12:36
5 İyun 2021
722

Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyev anadan olduğu Göygöl rayonunda dəfn olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Xəbər lenti