Şəhid Orxan Yusubov dəfn olundu - Fotolar

XƏBƏR
15:19
4 İyun 2021
444

Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubov Gəncədə dəfn olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçinin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində yaylım atəşi açılıb. Mərasimdə şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.

Xəbər lenti